Ru
15:21 / 13 Mart 2026

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır
Eye

2020-ci ilin müharibəsinin bitməsindən bəri 419 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, mina qurbanlarından 347 nəfər ağır yaralanıb.

Nazirlik dünən Füzuli rayonuda baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunub:

"Minalar hələ də dinc sakinlər üçün ciddi təhlükə yaradır və keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar