Ukrayna ordusu PUA-larla Rusiyanın Qara dəniz sahilində yerləşən Tuapse şəhərindəki “Rosneft” neft emalı zavodunu hədəf alıb.
Bakupost.az xəbər verir ki, bu, apreal ayında eyni obyektə edilən üçüncü böyük hücumdur.
Hadisədən sonra zavodda genişmiqyaslı yanğın başlayıb və ətrafda təxliyə işlərinə başlanılıb.
Yanan neft məhsulları küçələrə tökülərək avtomobillərə ziyan vurub. Bəzi avtomobillər yararsız hala düşüb.
Hücumun təkcə enerji infrastrukturunu deyil, həm də Qara dəniz sahili boyunca ekosistemi təhdid etdiyi bildirilir. Yerli mənbələr yanğından sonra ərazidə hava və dənizin əhəmiyyətli dərəcədə çirkləndiyini bildirib.
Bir sıra beynəlxalq təşkilatlar qarşılıqlı hücumların ekoloji riskləri artırdığını bildiriblər.