Ru
19:05 / 29 Aprel 2026

Rəqsanənin kiçik qızına elçi düşdülər

Rəqsanənin kiçik qızına elçi düşdülər
Eye

Müğənni Rəqsanə İsmayılova aparıcı-prodüserlə söhbəti zamanı diqqətçəkən açıqlama verib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, sənətçi kiçik qızı Yağmura elçi düşüldüyünü bildirib.

Onun sözlərinə görə, ailəvi yaxın dostları vasitəsilə bu məsələ barədə onun həyat yoldaşına danışıblar və artıq tərəflər arasında ilkin razılaşmalar da müzakirə olunub.

İsmayılova qeyd edib ki, qızının işləməsinə qarşı tərəf də müsbət yanaşır. O həmçinin Yağmurun öz biznesini qurduğunu və gözəllik salonu açdığını vurğulayıb.

Sənətçinin dediyinə görə, məsələ ilə bağlı ailədə də məsləhətləşmələr aparılıb və qohum olmaq istəyən şəxslər sentyabr ayında nişan mərasiminin keçirilməsini istəyirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar