2025-ci ildə Ermənistanda xidmət dövründə 9 hərbi qulluqçunun ölüm halı qeydə alınıb.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ölkənin baş prokuroru Anna Vardapetyan bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə 27 belə hal qeydə alınıb.
Baş prokuror məlumat verib ki, 2025-ci ildə Silahlı Qüvvələrdə 4 intihar halı, 1 vəzifəli şəxsin səhlənkarlığı nəticəsində ölüm halı, 1 tibb işçisinin peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ölüm halı qeydə alınıb.
Bundan başqa, daha bir hərbi qulluqçu ildırım vurması nəticəsində, ikisi xəstəlikdən ölüb.
Vardapetyan qeyd edib ki, ölənlər arasında altı müddətli xidmət hərbi qulluqçusu, sərhəd qoşunlarının iki çağırışçısı və bir müqaviləli hərbçi var.