İranın paytaxtı Tehranda Qüds Günü münasibətilə yürüş keçirilən zaman yaxınlıqda partlayış olub.
Bakupost.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Partlayış zamanı ölənlərin olduğu deyilir. Lakin ölü və yaralılarla bağlı dəqiq məlumat verilməyib.
Yürüşdə iştirak edən insanlar “Amerikaya ölüm” şüarları səsləndiriblər.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Qüds Günü yürüşlərinə qoşulub.