Ru
20:28 / 01 İyul 2025

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi
Eye

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.

Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar