Ru
19:52 / 01 İyul 2025

Diqqət: Bakının bu ərazisində işıq olmayacaq

Diqqət: Bakının bu ərazisində işıq olmayacaq
Eye

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bir sıra ərazilərində yerləşən bəzi yaşayış və sahibkarlıq obyektlərində, eləcə də yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar