Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.
"Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur", - deyə o məlumat verib.
***
20:44
Voronejdə azərbaycanlı, regionun ən böyük "Alekseyevski" bazarının ortağı Yusif Xəlilov saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Həmçinin “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.
Aygün,
BakuPost