Ru
18:49 / 01 İyul 2025

Tehranın gizli agenti: Yəhudilərə qarşı hücumlar hazırlayan şəxs həbs edildi

Tehranın gizli agenti: Yəhudilərə qarşı hücumlar hazırlayan şəxs həbs edildi
Eye

Danimarka hüquq-mühafizə orqanları ölkə vətəndaşını İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilərək saxlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə "Associated Press" Almaniya prokurorluğuna istinadən məlumat yayıb.

Mətbuatda adı "Əli S." kimi keçən şəxs iyunun 27-də Orhus şəhərində həbs olunub. Almaniya prokurorluğunun məlumatına görə, o, Berlindəki yəhudi icmasının toplaşdığı yerlər və konkret şəxslər barədə məlumatlar toplayıb. Bu məlumatların ehtimal olunan hücumlara hazırlıq məqsədilə əldə edildiyi bildirilir.

Şübhəli şəxs hazırda Almaniyaya ekstradisiya edilməsini gözləyir. İstintaq müəyyən edib ki, o, iyun ayında Almaniya paytaxtında üç şəxsi mülkiyyət obyektini izləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar