Ru
13:10 / 01 İyul 2025

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı yeni qərar - YENİLƏNİB

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı yeni qərar - YENİLƏNİB
Eye

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.

Bakupost.az xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

***
Bu gün Yekaterinburq Leninski Rayon Məhkəməsi saxlanılan Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxacaq.

Bakupost.az Unikal-a istinadən xəbər verir ki, onlara dəstək vermək üçün onlarla həmyerlimiz məhkəməyə gəlib. Onların arasında diaspor üzvləri və hüquqşünaslar da var.

"Burada dəstək qrupu da var. Aralarında diplomatlar da daxil olmaqla 20-30 nəfər var. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də gəlib. Yəqin ki, daha çox vətəndaş gələcək", - məlumatda qeyd olunub.

Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, iyunun 27-də təhlükəsizlik qüvvələri azərbaycanlıları kütləvi şəkildə saxlayıb. Onlardan bəziləri öldürülüb, Ayaz, Akif və Məzahir Səfərovlar isə həbs edilib.

Məlumata görə, məhkəmə prosesi qapalı şəkildə keçiriləcək.

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı yeni qərar - YENİLƏNİB
Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı yeni qərar - YENİLƏNİB
Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı yeni qərar - YENİLƏNİB
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar