Çinin mərkəzi və cənubunu bürüyən güclü daşqınlar azı doqquz nəfərin ölümünə səbəb olub və on minlərlə insanı evlərini tərk etməyə vadar edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Ən çox zərər görən ərazilər Henan, Hubey və Guyçjou vilayətləri olub. Bu bölgələrdə çayların məcrasından çıxması nəticəsində küçələr, yaşayış məntəqələri və ticarət mərkəzləri su altında qalıb. Ən azı səkkiz nəfər itkin düşüb. Bəzi yerlərdə su bəndləri yarıb dağıntıları daha da artırıb.
Yay aylarında Çində daşqınlar tez-tez baş verir,lakin bu il baş verən fəlakət son illərin ən ağırlarından biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, sürətlə gedən urbanizasiya təbii fəlakətlərin nəticələrini daha da ağırlaşdırır.
İnformasiya məkanına ciddi nəzarət edən səlahiyyətlilərin insan tələfatı və dağıntılar barədə məlumatı minimuma endirdiyi bildirilir.
Lalə,
BakuPost