Ru
22:00 / 12 Yanvar 2026

İstanbul-Krasnodar reysində problem: Sərnişinlərin çıxmasına icazə verilmədi - Video

İstanbul-Krasnodar reysində problem: Sərnişinlərin çıxmasına icazə verilmədi - Video
Eye

İstanbuldan Rusiyanın Krasnodar şəhərinə uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mineralnıye Vodıda eniş etmək məcburiyyətində qalıb.

Bakupost.az xəbər verir ki, bu haqda Rusiya teleqram kanalları məlumat yayıb.

Sərnişinlərin dediyinə görə, İstanbuldan uçuş yerli vaxtla 13:30-a planlaşdırılıb, lakin təxminən iki saat gecikib. Uçuş zamanı pilot hava şəraiti səbəbindən Krasnodarda enişin mümkünsüz olduğunu və təyyarənin Soçiyə getdiyini açıqlayıb.

Bununla belə, təyyarə parkinq üçün yer olmaması səbəbindən Soçi hava limanına eniş edə bilməyib. Nəticədə təyyarə Mineralnıye Vodıya yönləndirilib və orada 17:40 radələrində enib. Bundan sonra kabin lyuku açılsa da, sərnişinlərin çıxmasına icazə verilməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar