Ru
23:27 / 12 Yanvar 2026

Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir

Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir
Eye

ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.

Bakupost.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə bildirib.

"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: O, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.

Levitt, bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir.

O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar