Ru
23:10 / 12 Yanvar 2026

Tramp “Nobel”in sahibi ilə bu tarixdə görüşəcək

Tramp “Nobel”in sahibi ilə bu tarixdə görüşəcək
Eye

ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda görüşəcək.

Bakupost.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Görüşün cümə axşamı, yanvarın 15-də Ağ Evdə baş tutacağı bildirilir.

Xatırladaq ki, ötən il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim edilib. Tramp isə daha əvvəl verdiyi açıqlamalarda həll etdiyi hər bir münaqişəyə görə ayrı-ayrılıqda mükafat almalı olduğunu, lakin “acgöz görünməmək üçün” bunu tələb etmədiyini bildirmişdi.

Mükafatın son qalibi Maçado isə öz mükafatını Trampa verməyə hazır olduğunu bəyan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar