Bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən sabiq diplomat Ramiz Vəliyev hakim qarşısına çıxarılacaq.
Bakupost.az xəbər verir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub.
Onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.
Gununsesi.info-nun xəbərinə görə, iyul ayının üçündə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə məhkəmə prosesi baş tutacaq.
Qeyd edək ki, Ramiz Vəliyevə Cinayət Məcəlləsinin 308.2 – vəzifə səlahiyyətlərindən sui-istifadə (ağır nəticələrlə) bəndi ilə ittiham irəli sürülüb.
Onu da xatırladaq ki, Ramiz Vəliyev hazıra həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.