Ru
15:37 / 01 İyul 2025

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi
Eye

Minval.az-ın redaksiyasına 2024-cü ilin dekabrında AZAL-a məxsus Embraer E190 təyyarəsinin Rusiya hərbi hava hücumundan müdafiə qüvvələrinin "Pantsir-S" zenit-raket kompleksindən açılan atəş nəticəsində vurulduğunu təsdiqləyən materiallar yer aldığı anonim məktub daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə saytın Teleqram kanalında bildirilib.

Qeyd olunur ki, məktubda hava hücumundan müdafiə kapitanının izahatı, atəş anının videogörüntüsü, audiofayllar və digər sənədlər təqdim olunub. Bu materiallardan atəşin Rusiya Müdafiə Nazirliyinin əmri ilə açıldığı aydın olur.

Redaksiya əldə etdiyi məlumatları qəzanın araşdırılması ilə məşğul olan Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təqdim etməyə hazır olduğunu bəyan edib.

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar