Ermənistanda Rusiya telekanallarının yayımı qadağan oluna bilər.
Bakupost.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.
Parlament sədrinin sözlərinə görə, bu addım Ermənistanda baş verənlərıə bağlı Rusiya televiziyalarında səsləndirilən "ziddiyyətli fikirlərə" cavab tədbiri ola bilər.
"Hesab edirəm ki, biz Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması məsələsini ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, erməni-rus münasibətlərinə zərərlidir", - deyə Simonyan bildirib.
Spiker hesab edir ki, rusiyalı aparıcılar öz verilişlərində vəziyyəti qarışdırır və bununla da respublikanın daxili işlərinə müdaxilə edirlər, tamaşaçılar isə bundan səhv nəticələrə gəlirlər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, ABŞ və Aİ-nin Rusiyanı Ermənistan-Azərbaycan arasında normallaşma prosesindən çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.
Lalə, BakuPost