Ru
13:13 / 02 Avqust 2024

Cüdoçumuz daha bir qələbə qazandı - Yenilənib

Cüdoçumuz daha bir qələbə qazandı - Yenilənib
Eye

Cüdoçumuz Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bakupost.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparn idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.


Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb.

***
12:17

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bakupost.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar