Ru
12:39 / 20 Mart 2024

"Dağıdılan yurd yerlərimizdə şam yanır, işığımız böyüyür" - "Rüstəmxanlı söhbətləri" - VİDEO

6763
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin bu dəfəki buraxılışında Novruz bayramı və İlaxır çərşənbə adətlərindən danışıb, dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edib.

Novruz bayramına həsr etdiyi "Şam yanır" şeirini səsləndirən millət vəkili bu şeiri Qarabağ savaşından əvvəl oxumağın çətin olduğunu bildirib:

"Çünki onda bu şeirin bədiilik ruhu, böyük dəyərlərə malik xalqın gücü, qüdrətini ifadə edən sözlər indiki qədər gözəl, halallıqla, inamla səslənməzdi. Amma indi inamla səslənir və hesab edirəm ki, bu il Novruz şamları daha gur yanacaq, bu ilin səməniləri daha yaşıl, bu ilin süfrələri daha bərəkətli, bu ilin duaları daha tutumlu, qollu-buddaqlı olacaq. Bu il o dualarda şəhidlərin ruhu anılacaq, 30 ildən sonra yenidən özümüzə qaytardığımız torpaqları quran, abadlaşdıran insanlara, ora köçən insanların yurdlarının abadlığına daha ürəklə dualar ediləcək".

Millət vəkili qeyd edib ki, bu ilki Novruz bayramının xüsusi əhəmiyyəti var. Çünki bu il bayram Azərbaycanın bütün guşələrində qeyd olunur:

"Əlbəttə, nisgillərimiz, Azərbaycanının böyük problemləri var. Bu gün Güney Azərbaycanda 35 milyondan artıq türklərin hüquqları pozulur, adamlar orta əsrlər qaydaları ilə asılır, öldürülür. Amma bunun da bir sonu var. Əsas odur ki, araya min sərhəd çəksələr də, xalq birdir və bizim böyük perspektivimiz, gələcəyimiz var. Gələcəyimizə nikbin baxmalı, bayram axşamı niyyət edəndə bu arzu-diləklərimizi unutmamalıyıq".

Bakupost.az "Rüstəmxanlı söhbətləri"nin növbəti buraxılışını təqdim edir:



BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər