Ru
17:31 / 06 İyun 2024

Daha bir dönərxana bağlandı - FOTO

1089
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tovuz şəhəri, H.Əliyev prospekti, ev 3, mənzil 13 ünvanında fəaliyət göstərən “Dövran” və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən “Şirdan” ictimai iaşə müəssisəsində yoxlama keçiriblər.

Bu barədə Bakupost.az -a qurumdan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, qida məhsullarının yuyulması üçün ayrıca yuyulma çanaqlarının təşkil edilmədiyi, qida ilə təmasda olan səthlərin, həmçinin döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, qida obyektinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz olunmadığı, havalandırma sistemi quraşdırılmadığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
Daha bir dönərxana bağlandı -  FOTO
Daha bir dönərxana bağlandı -  FOTO
Daha bir dönərxana bağlandı -  FOTO
Daha bir dönərxana bağlandı -  FOTO
Daha bir dönərxana bağlandı -  FOTO
Şərhlər
  • Petrəddin

    Vaxtlı vaxtında haqqı çatdırmayanda belə olur.....

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər