Ru
15:42 / 05 Avqust 2022

Laçında yaralanan digər əsgər də vəfat etdi - Yenilənib

Laçında yaralanan digər əsgər də vəfat etdi -  Yenilənib
Eye

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


***
15:42


Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar