Ru
22:28 / 16 Sentyabr 2026

ABŞ Mərkəzi Bankından tarixi qərar: Fed 2023-cü ildən bəri İLK DƏFƏ...

ABŞ Mərkəzi Bankından tarixi qərar: Fed 2023-cü ildən bəri  İLK DƏFƏ...
Eye

Qlobal maliyyə bazarlarının həyəcanla gözlədiyi ABŞ Federal Ehtiyat Sistemi (Fed) uçot dərəcəsi ilə bağlı yekun qərarını açıqlayıb.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bank 2023-cü ildən bu yana ilk dəfə faiz artımına gedərək faizini 25 baz bəndi artırıb və 3,75% – 4,00% aralığına yüksəldib.

Əmək bazarındakı güclü göstəricilər, yüksələn inflyasiya gözləntiləri və Fed sədri Kevin Uorşun (Kevin Warsh) inflyasiya ilə mübarizədə qətiyyətli mövqeyi bu faiz artımını şərtləndirən əsas amillərdən olub. Qərar elan edildikdən sonra qlobal birjalarda və rəqəmsal aktivlər bazarında ciddi dinamika müşahidə edilib. ABŞ Senatında rəqəmsal aktivlərlə bağlı "CLARITY Act" qanun layihəsinin səsvermədən keçməməsi fonunda Bitcoin 75 min 780 dollara geriləyib, "Coinbase" birjasının səhmləri isə 10 faiz dəyər itirib. ABŞ-nin 10 illik istiqraz gəlirləri isə 5 faiz səviyyəsində dəqiqləşib.

Eyni zamanda, Yaxın Şərqdə davam edən savaşın yaratdığı geopolitik risklərə baxmayaraq, ABŞ ehtiyatlarının artması nəticəsində "Brent" markalı neftin barreli 108,1 dollara, qızılın onsu isə 4 min 321 dollara enib. Fed-in faiz qərarı və istiqraz gəlirlərinin artması səbəbindən Nyu-York və Avropa birjaları günü mənfi zonada tamamlasa da, Asiya bazarlarında müsbət dinamika hökm sürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar