Ru
10:12 / 02 Noyabr 2026

Tanınmış ədəbiyyatşünas Qurban Bayramov vəfat edib

Eye

Tanınmış ədəbiyyatşünas-alim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu Bayramov 80 yaşında vəfat edib.

"Bakupost" xəbər verir ki, Qurban Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi olub.

Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.

1972-ci ildən AMEA-nın Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, uzun illər Azərbaycan ədəbiyyatının tədqiqi və ədəbi tənqid sahəsində fəaliyyət göstərib.

O, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2001-ci ildən Respublika Qarabağ Ağsaqqallar Şurasının, 2003-cü ildən isə Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü olub.

O, mərhum yazıçı Bayram Bayramovub qardaşı idi.

BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar