Ru
16:24 / 18 Mart 2023

Daim minnətdarlıqla xatırlanan böyük - Bütöv İnsan

28455


Bu gün - 18 mart tarixində görkəmli həkim, rentgenoloq – klinsist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının 100 ili tamam olur.


Akademik Rəhim Rəhimov 1923-cü ildə Ordubad şəhərində anadan olmuşdur.
Bacarıqlı səhiyyə təşkilatçısı olan Rəhim Rəhimov Azərbaycanda milli rentgenologiya məktəbinin yaradıcısıdır.


Uzun illər, Milli Onkologiya Mərkəzinə rəhbərlik etmişdir.
Nüfuzlu yerli və beynəlxalq nəşrlərdə 200-ə yaxın elmi tədqiqat işləri dərc edilmişdir.
Bu istiqamətdə 10-la alimin yetişdirilməsinə rəhbərlik etmişdir.


Bir sıra mükafatlarla, orden və medallarla təltif olunmuşdur.
2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə tibb sahəsinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni verilmişdir.


Məlumdur ki, Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında Rəhim Rəhimovun öz dəsti-xətti və unikal imzası vardır.
Rəhim Rəhimovun məhz bütöv insan tablosu bu zəngin rəng çalarları bundan ibarətdir:

“Ömür, - bədənin sağlıq müddəti ilə ölçülmür.
İnsanın əsl həyatı, - onun niyyəti, əməlləri, qoyduğu irsdir. Kimin ki, səpdikləri cücərir, başladığı işlər artıb-çoxalır, əməlləri böyüyür, - demək ki, o ölməyib, öz yoluna davam edir”.

O, Hippokrat andına sadiq və həkim adına layiq böyük şəxsiyyətlərdən biridir.

Həyat fəaliyyəti ilə silinməz iz və zəngin irs qoyan Rəhim Rəhimov həkim, müəllim və ziyalı adını cəmləşdirərək qəlblərdə və yaddaşlarda müdriklik və xeyirxahlıq heykəli ucaltmışdır.

O dünyaya xüsusi missiya üçün gəlmiş, seçilmiş nadir insanlardan biri idi.

"Əməkdar elm xadimi” fəxri adına layiq görülməsi onun sanballı alim olduğunu isbatlamaqla bu istiqamətində müstəsna xidmətlərinin göstəricisidir.


Bu onun tibb təhsilinin keşikçisi kimi müəllim adının fövqünə durduğunu əyani şəkildə təsdiq edir.
Akademik Rəhim Rəhimov nəcib əməllərə, böyük zəkaya malik olan örnək vətəndaş və peşəsinin nüfuzunu yüksəyə qaldıran ləyaqət simvoludur.
Ən başlıcası, Rəhim Rəhimov müdrik insan və gözəl ziyalı kimi minnətdarlıqla xatırlanır və yad olunur.


Yəhya Babanlı
Şərhlər
  • Sss

    Gözəl insan...belə insanlar həyata gec-gec gəlir..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər