Ru
20:08 / 10 Sentyabr 2026

Tarakan yetişdirib yüz minlər qazandı - FOTO

Tarakan yetişdirib yüz minlər qazandı - FOTO
Eye

Yom çayında balıq tutan Taylandın Fitsanulok əyalətinin sakinləri tarakanları ən qiymətli yem kimi qiymətləndirirlər.

"Bakupost" xəbər verir ki, bu marağı görən, yerli kiçik iş sahibi Natalia Amahashimae adlı qadının ağlına ideya gəlib.

O, öz tarakan fermasını idarə edir. O, tarakanları düzgün yetişdirir və onlara yüksək keyfiyyətli toyuq yemi və təmiz su verir. "Fermada yetişdirilən" tarakanlar, "vəhşi", yabanı tarakanlardan fərqli olaraq, çirkli zibillə qidalanmırlar.

Vaxt çatanda Natalya tarakanları (hər birində təxminən 50 ədəd) butulkaya doldurur və satır. Hər butulkanın qiyməti 4 dollardır. O, gəlirinin ayda təxminən 3000 dollar olduğunu və tarakanlara tələbatın o qədər yüksək olduğunu iddia edir ki, əvvəlcədən sifariş verilir. Deyəsən, biznesi genişləndirmək barədə düşünməyin vaxtıdır.

Aygün Musayeva


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar