Ru
21:32 / 15 Noyabr 2026

İran parlamenti ABŞ ilə danışıqların başa çatdığını açıqladı

İran parlamenti ABŞ ilə danışıqların başa çatdığını açıqladı
Eye

İran ABŞ-yə yeddi şərt təqdim edib və müzakirə üçün əlavə məsələlər irəli sürmək niyyətində deyil.

"Bakupost" xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Kaşkavi bildirib.

Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında danışıqlar prosesi başa çatıb, lakin diplomatik imkanlar hələ də açıqdır.

Kaşkavi qeyd edib ki, tərəflər onun “danışıqlardan sonrakı mərhələ” adlandırdığı prosesə keçiblər.

“Biz yeddi şərtimizi təqdim etmişik və ABŞ ilə müzakirə edəcəyimiz başqa heç nəyimiz yoxdur”, – deyə o vurğulayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar