Ru
17:33 / 15 Noyabr 2026

Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - Təfərrüat

Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var -  Təfərrüat
Eye

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

Həlak olan Rəsul Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.

Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar