Ru
15:39 / 15 Noyabr 2026

Boşandıqdan 10 il sonra yenidən evləndilər

Boşandıqdan 10 il sonra yenidən evləndilər
Eye

Türkiyəli müğənni Zeynep Casalini 2016-cı ildə boşandığı restoran sahibi Tahsin Berk ilə yenidən ailə qurub.


"Bakupost" axsam.az-a istinadən xəbər verir ki, cütlük 10 il əvvəl başa çatan evliliklərini yenidən rəsmiləşdirərək ikinci dəfə nikah masasına oturub.

Noyabrın 13-də Bodrumda keçirilən sadə nikah mərasimində cütlüyün qızı Dafne də iştirak edib. Cütlüyün nikah üzüklərini qızları taxıb.

Qeyd edək ki, Zeynep və Tahsin 2010-cu ildə ailə qurublar. 2011-ci ildə cütlüyün Dafne adlı qızı dünyaya gəlib. Onlar 2016-cı ildə boşanıblar. Lakin ayrılıqdan təxminən bir il sonra barışaraq birlikdə yaşamağa davam ediblər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar