Ru
19:34 / 15 Noyabr 2026

İstanbul hava limanında azərbaycanlılar üçün YENİLİK

İstanbul hava limanında azərbaycanlılar üçün  YENİLİK
Eye

İstanbul hava limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılması istiqamətində addım atıldığı bildirilir.

“Bakupost” Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanının terminalında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr quraşdırılıb.

Türkiyənin aviasiya sahəsində ixtisaslaşmış HavaSosyalMedya nəşrinin yaydığı məlumata görə, bu addım türk dövlətlərinin vətəndaşlarının sərhədkeçmə prosesini asanlaşdırmaq, pasport nəzarətində növbələri azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, hələlik xüsusi keçid sisteminin tam fəaliyyətə başladığı barədə rəsmi məlumat yoxdur. Hazırda hava limanında müvafiq ölkələrin bayraqları olan istiqamətləndirici lövhələrin quraşdırıldığı müşahidə edilib.

Digər tərəfdən, türk dövlətləri arasında gələcəkdə xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi məsələsi də müzakirə olunur. Bu təşəbbüsün reallaşması vətəndaşların qarşılıqlı səfərlərini daha da asanlaşdıra bilər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar