Ru
12:02 / 07 İyun 2024

Daşqınlar taxılın bahalaşmasına səbəb olacaq - Ekspert

2269
“Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər üç ölkədın - Ukrayna, Rusiya və Qazaxıstandan taxıl alınırdı. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Rusiya və Qazaxıstandan alınan taxılın qiyməti artıb. Səbəb isə yaz aylarında həm Qazaxıstanda, həm Rusiyada taxıl əkilən bölgələrdə çox böyük daşqınlar olmasıdır. Ardınca aprel ayında şaxtalı hava şəraiti müşahidə olundu. Təbii ki, bütün bunların məhsuldarlığa böyük təsirləri olacaq və nəticədə qiymət artımı müşahidə ediləcək”.



Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, yaz əkininin zərər görməsi ilə əlaqədar dünya bazarında qiymət artımı yay aylarında da davam edəcək:

“Ola bilər ki, payızlıq buğda daha uğurlu olsun, dünya bazarına daha çox taxıl çıxarılsın. Məhsuldarlıq olarsa, payızda ucuzlaşma mümkündür. Məhsuldarlıqla bağlı problemlər qalsa, bu ilin sonuna qədər qiymət artımını dalğa şəklində müşahidə edə bilərik”.

Ekspert qeyd edib ki, adətən, unun qiyməti artırılanda çörəyin qiyməti dərhal qalxmır. Sadəcə çəkisindən 30-50 qram azaldılır. Faktiki olaraq çörək eyni qiymətə satılsa da, çəkinin azalması ilə qiymət artmış sayılır:


“Əslində, bu da bahalaşmadır. Sadəcə vizual olaraq qiymət dəyişmir deyə rahatlıqla belə addım atırlar. Ola bilsin ki, yenə qiymət dəyişməsin, amma çəkisi azalsın”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər