İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclası öz işinə başlayıb.
Bakupost.az xəbər verir ki, tədbir forumun saytı vasitəsilə canlı yayımlanıb.
İclasın açılışında WEF-in təsisçisi Klaus Şvab çıxış edərək forumun maraqlı tərəflərin görüş platforması kimi əhəmiyyətini bəyan edib.
Həmçinin, açılış mərasimində bir sıra mədəniyyət xadimlərinə “Kristal” mükafatları təqdim olunub.
WEF yanvarın 20-dək davam edəcək. 2023-cü ildə keçiriləcək forumun devizi “Parçalanmış dünyada əməkdaşlıq”dır.
Rusiya nümayəndə heyəti forumda iştirak etmir.