Ru
13:14 / 01 Oktyabr 2024

Uşaqlar məktəb avtobusunda diri-diri yandılar: 25 ölü

Uşaqlar məktəb avtobusunda diri-diri yandılar: 25 ölü
Eye

Taylandda xeyli uşağın ölümünə səbəb olan dəhşətli hadisə baş verib.

Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, Banqkok yaxınlığında uşaqları və müəllimləri ekskursiyaya aparan məktəb avtobusu yanıb.

Tailandın daxili işlər naziri Anutin Çarnvirakul “Reuters”ə bildirib ki, insident nəticəsində 25 nəfər həlak olub.

Hadisənin səbəbi məlum deyil. Araşdırmalar davam edir. Media yanğının çox sürətlə başladığını, kabinədə olan uşaq və müəllimlərin əksəriyyətinin avtobusu tərk etməyə sadəcə vaxt tapmadığını bildirir.

16 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların arasında həm yetkinlik yaşına çatmayanlar, həm də böyüklər var. Qurbanların kimliyinə gəlincə, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Tailand polisi heç bir təfərrüat açıqlamayıb.




Elnur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar