Ru
14:55 / 12 May 2022

Aytac Əliyevanın bacısı azadlığa buraxıldı

Aytac Əliyevanın bacısı azadlığa buraxıldı
Eye

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayəti araşdırıb və qərar qəbul edib.


Məhkəmə Aytac Əliyeva barəsində hökmü qüvvədə saxlayıb. Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar