Ru
19:00 / 10 Avqust 2022

Deputatdan SOS: Ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar

2795
“Bir qrup dini radikal dəstənin Azərbaycanın Londondakı səfirliyinə hücum ​aktının həssas bir dönəmdə - "Qisas" əməliyyatından dərhal sonra törədilməsi sübut edir ki, ölkəmizin artan nüfuzu və dünya miqyasındakı gücü anti-Azərbaycan qüvvələrini xeyli dərəcədə narahat edir.​ Azərbaycanın dinamik inkişafı, dünya birliyində mövqelərini möhkəmləndirməsi dostları nə qədər sevindirsə də, düşmənləri də o qədər pərişan edir, qıcıqlandırır. Bunun nəticəsidir ki, bəzi qüvvələrin anti-Azərbaycan hərəkətlənməsi müşahidə olunur. Onlar ölkə daxilində vəziyyəti gərginləşdirməyə, xarici əlaqələrimizə zərbə vurmağa çalışırlar”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.


Millət vəkili qeyd edib ki, radikal qruplaşmanın əli ilə edilən təxribatın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır:


"London-Bakı əlaqələri son illər çox inkişaf edib. Əsəs məqsəd bu əlaqələrə xələl gətirmək idi. Ancaq belə addımlar tərəflər arasındakı əlaqələrə zərbə vura bilməz. Həmin qüvvələrin törətdikləri təxribat növbəti dəfə fiaskoya uğradı. İnanıram ki, qısa bir zaman ərzində vandalizm aktına hüquqi qiymət veriləcək və təxribat törədən ünsürlər layiqli cəzalarını alacaqlar. Din adından sui-istifadə edən qruplaşmaların vaxtaşırı təxribat cəhdlərini görmüşük. Amma reallıqlar dəyişmir. Gerçəklik isə budur ki, bu cür təxribatlarla Azərbaycanın müstəqil və prinsipial siyasətinə əngəl yaratmaq, ölkəni hansısa güzəştə məcbur etmək mümkün deyil. "Din" amilindən istifadə edərək ölkə daxilində çaxnaşma, qarşıdurma yarada bilməzlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri, bütün dinlərin mənsubları sülh, anlaşma şəraitində, mehriban birgəyaşayışa malikdirlər. 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dönəmdə göstərilən birlik, həmrəylik bunun bariz nümunələrindəndir, həmrəylik sarsılmazdır”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər