“Ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrin tərtibi zamanı mütləq şəkildə onların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü və tərbiyəyönümlülüyünə diqqət yetirilməlidir. Eyni zamanda dərslik və dərs vəsaitləri hazırlanarkən onların dizayn və tərtibatının məntiqliyi, estetikliyi və müasirliyi məsələsi də xüsusi olaraq nəzərə alınmalıdır. Dərsliklər hazırlanarkən qeyd edilən tələblərin gözlənilməsi mütləqdir. İstər müəlliflər, istərsə də dərslikləri qiymətləndirmə komissiyaları və yaxud da dərslikərin qiymətləndirilməsinin monitorinqini aparan Dövlət İmtahan Mərkəzi məsuliyyət daşıyan tərəf olaraq bu tələbləri gözləməlidirlər”.
Bunu təhsil eksperti Elşən Qafarov
Bakupost.az -a söyləyib.
O qeyd edib ki, istər ibtidai siniflər, istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlərə yol verilir. Bu da cəmiyyət, valideynlər, eləcə də şagirdlər tərəfindən böyük narazılıqla qarşılanır:
“Bu gün dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var. Texniki məsələlərdənsə, məhz bu istiqamətə, yəni dərslikləri hazırlayan mütəxəssislərin olmaması məsələsinə diqqət yetirilməlidir. Dərslik şagirdin istinad etdiyi ən əsas mənbədir. Bu səbəbdən də dərsliklərdə hər hansı elmi və ya texniki səhv yolverilməzdir”.
Sevinc,
BakuPost