“Hazırda Azərbaycanda maliyyə bazarında devalvasiyanı şərtləndirən təzyiq yoxdur. Ölkəyə daxil olan valyuta ölkədən çıxan valyuta ilə müqayisədə xeyli çoxdur. Bu şəraitdə devalvasiyanın iqtisadi və monetar aspektləri görünmür. Bu istiqamətdə təzyiqlər müşahidə olunmur”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az-a deyib.
O bildirib ki, hökumətin hansısa fərqli arqumentlərlə qərar qəbul etməsi də mümkündür:
“Müşahidələrimiz göstərir ki, hökumətdə bu barədə hansısa qənaət yoxdur. Ancaq haçansa belə bir qərar qəbuletmə imkanları var. Faktiki olaraq heç bir real səbəb Azərbaycanda devalvasiyanı şərtləndirmir. Devalvasiyanın yaradacağı inflyasiya tədbirləri, sosial yük, vətəndaş və biznes üçün əlavə problemləri nəzərə almaq şərti ilə hökumət bu istiqamətdə hələlik qərar qəbul etməyəcək”.
Sevinc,
BakuPost