Ru
17:21 / 04 May 2022

Dilənçilik edən saxta qazi həbs edildi - VİDEO

Dilənçilik edən saxta qazi həbs edildi - VİDEO
Eye

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxs həbs edilib.


Bakupost.az xəbər verir ki, ötən gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı, əvvəllər 3 dəfə məhkum edilmiş 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.


Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.


Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.


Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar