Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib.
O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər:
“UŞAQ PULU, YOXSA NİSYƏ DƏFTƏRİ?
Əvvəlcə, rəqəmsal mühitin təqdim və təlqin etdiyi “söz azadlığı” haqqında:
-Deməli, iki vətəndaş-Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi-Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri, Qadın, Ana-Günay Ağamalı müsahibə verib; biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim… Düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintusaşırı səviyyəlilərin, populizmin avanqardında gedənlərin beyni dərinə enə, dünya miqyasında düşünə, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi belə
bəsit mövzularda fəal ola bilirlər. Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə naqqallarının təzyiqi altında, təhqir xofu qarşısında susmağı seçib. Nəticədə “sən Allah, xətası məndən uzaq!” yanaşması üstün gəlir. Təkrar edirəm: -bu gün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir.
-Bu gün Bakı BMT-nin Baş Qərargahı, Dünyanın paytaxtıdır.
Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer Kürəsi nəhəng məsələləri Bakı Olimpiya stadionunda-WUF13-də müzakirə edir. Bizdə Sosial Şəbəkələrdə isə bir bölük, bir ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə.
Amma niyə?
Amma nədən?
Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam:
-Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”
Qeyd edək ki, son günlər deputat
Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib.
Mirşahin hansı qazının problemini işıqlandırılır, uşaq pulunuda işıqlandırdı, xalqın lehinə, onda çox dene ki, ay dövlət uşaq pulu verilmirsə, bu hərbi xidmətə niyə məcburi aparılır? Hətta cərimədən tətbiq edilib ki, çağıran kimi gəlməlisən, gəlməsən 500azn cərimə olunacaqsan. Bunları deda və.
BİR GÜN BU XALQIN AHI SİZİ TUTACAQ UŞAQ PULU DEYİRSİZ BİLİNKİ BU MİLLƏTİN AHI SİZ VƏ SİZİN UŞAQLARNIZIN ÜZƏRİNDƏDİ ELƏ.
Yəqin Mirşahinin və onun kimilərin soyu quruyub ona görədə uşaq puluna qarşı çıxırlar
Mir şahin ancaq ona buna yaltaqlanmaqla məşğuldu, bir azda öz işi ilə məşğul olsa ondan jurnalistə oxşar nəsə çıxar.
Mir Şahin düzdükü də düz danişsin
Mirşahin!!!!!!! Nə danışdığıvı özün başa düşürsən? Sənin yediyin önündə yemədiyin arxandadı. Millətdən xəbərin var? Bilirsən millət nə qədər əziyyət çəkir? Bahalı kostyumu geyinmək və yaxud qalstuk taxmaq sənə millətin haqqında danışmaq haqqını vermir. Vətən vətən deyirsən sən əgər vətənpərvər olsan əhalinin böyük əksəriyyətinin necə acınacaqlı vəziyyətdə yaşadığını görərsən. Kor olduğun üçün bu kimi halları görmürsən. Hörmətli Taleh Cəfər bu şeyləri başa düşmək üçün baş lazım dı, o da mirşahində yoxdu. Boş yerə özünü yorma. Sənin qeyrətin olsa sosial şəbəkədə belə tərbiyəsizlik etmərsən. Çünki, bura uşaq, böyük, qadın, qız, gəlin hamısı baxır. Əgər sənə ləzzət edirsə get o sözləri anavın bacıvın yanın da gecə göndüz işlət. Mədəniyyətsiz
He usaq sevgiden dogulmalidi deyib, agiz dolusu bos bos danisirsiz. Gedib aptekden derman alanda pulsuzdu, indi abort hett odenislidi. Yeqinki sizin etrafinizdaki xanimlar tez tez aborta gedirler oz heyatlarin yasayirlar. Allah qismet edib 3 evladim var. Veteni qorumaga gedende hemen kasibin 2-3evladi gedir. Varlilar pula evinde oturur eskerlik edirler. Ne yaxsidi her defe nese olanda xor gorursuz kasiblari gunde bir usag dogmasinlar deyirsiz. Dogru sehvi bizler edirik. Doyuse lazim olanda huneri catirdi varlilarin balasi gederdide ne qeder ailelerin ocagini sondurduz. Ne qeder ana gelin baci ata ovlad gozu yaslidi oda kasib idi. Ne oldu indi 2-3manat puldan otru agiz dolusu danisirsiz. Cibinizde pulunuz altinizda masininiz. Surduyunuz masin yerinden qalxanda 20manatliq yanacaq gedir. Insan haqqinda danisirsiz ay vijdani olmayanlar. Evinizde sufreniz 1gunde olsa etsiz olmur. Amma kasib usaq pulu deyir caniniza batir. Kaski hec savet dovru bitmezdi insanlar insan kimi yasayirdi. Rus ordusu gelib camahati yagmalamadiye veteni satanlar pulla satdi olarda basdi camahati qirdi. Amma bugun olkede camahati kasibciliqla sinayaraq siz diri gozlu qirirsiz. Savet dovrunde ata analar bu qeder zulum cekmirdilerki usagi kirayede yastsinlar, evlenenler kirayede yasamirdilar. Issiz dolasan yox idi. Savet vaxti her sey daha yaxsiydi. Varlilara serf etmirdi savet vaxti cunki 2-3ev ala bilmirdiler, masin ala bilmirdiler her seyin hesablamasin aparirdi dovlet. Indi oturub Azerbaycanda Turkiyenin Bodrumun alirlarsa deyen cixmir: a bala bu deyirmanin suyu hardandi hardan loda loda gelirki sizde firladirsiz kefiniz isteyen yerlere. Ehhhh Oyresmeliyikde onumuze 2dene agzi hunerli cixardirlarki soz deyecek biraz kasiblarin basin qarisdiracaqlar. Sonra bir qocagi cixacaq he narahar olmayin bu meselenin ustunde durmusuq calisiriq duzelsin falan filan. Heqiqeten: Bura Azerbaycandir.
İt itin ayağını basdamaz deyirlər . Sizin düşüncəniz ona bənzəyir ay yaltaq jurnalist . Allah sizin kimi daxili düşmələrdən bu xalqı, bu milləti qorusun.
Oz boyuyune hormet etmeyen xalqina hec acimazda neyinki hormet ede...birde qaldiki mirsahin senin o toreme dediklerin idi qardasivin qisasini alib qanini yerde qoymadilar ayibdir danisanda calis millet adindan danis boyuksuz birini mudafie etme
Mirşahin savadlı adamdır, ancaq təəssüflər olsun ki savadını faydalı işlərə yox ağamalı kimi cəmiyyət üçün faydasız insanlara yarımaq üçün srf edir. Rəhmətlik Cəlal Əliyev onun əsl qiymətini vermişdi
Sən nə qədər mundar adamsan, ay mir..... Sənin bu millətə 1 qəpiklik də xeyrin yoxdu,heç olada bilməz.
Suleyman
Mirşahin duz danışmırsan. Ona görə ki, milləti təhqir edirsən. Hər kəs öz mövqeyi ilə öz əxlaqını, tərbiyəsini göstərir. Amma bu faktı dəyişmir. Uşaq pulu niyə verilməməlidir? Ay Mirşahin Ağayev kasıb Ermənistanda orta əmək haqqı, neft-qaz ölkəsi Azərbaycandan 200 ABŞ ???? çoxdur. Niyə bu qədər fərq olur? Aztəminatlı ailə üçün bu böyük məbləğdir. Təyyarə, qatar biletləri niyə Gürcüstan və Ermənistandan Azərbaycanda bahadir? Azərbaycanda ərzaqların qiyməti demək olarki hər ay artır, monopoliya və korrupsiya ölkəni pis günə qoyub. Tanınmış jurnalist kimi niyə obyektiv mövqe bildirirmirsən? Yeməyin, qazancın azalacaq ona görə! Bəs aztəminatlı ailələr nə etməlidir!
Hərhansı birşeydə artım olarsa hərzaman digər ölkələr müqayisə edilir. Yəniki bax digər ölkədə bu bizdəndə bahadı bizdə qiymət artsada yenədə ucuzdu. Niyə bəs bu uşaq pulu məsələsi haqqınsa danışarkən digər ölkələri nəzərə almırlar? Geya bilmirlər bizə sərhəd olan və olmayan bütün ölkələrdə müəyyən qədər vəsait ayrılıb uşaqlara...
Bu mirshahin, f.agamali, buda onun qizi ; cemiyyetin bunlara munasibetinden goresen xeberleri varmi? Bele yashamaqdansa , gedib dilenmek daha sherefli olar.