ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər etmək ehtimalının olduğunu bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə Çinə yola düşməzdən əvvəl Ağ Evdə media nümayəndələri ilə söhbəti zamanı TASS agentliyinin sualını cavablandırarkən danışıb.
"Mən lazım olan hər şeyi edəcəyəm", - deyə ABŞ lideri cari ilin sonunadək Rusiyaya mümkün səfəri ilə bağlı verilən suala cavabında qeyd edib.
"Hesab edirəm ki, biz Rusiya və Ukrayna arasında tənzimlənməyə nail olacağıq", - deyə vurğulayan dövlət başçısı əlavə edib ki, o, indiyədək artıq səkkiz münaqişənin həllinə nail olub.