Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:14 / 16 Oktyabr 2024

Dönərdən daha bir zəhərlənmə - 18 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB - VİDEO

6928

09.48

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.


Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri
2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;
1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;
1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;
2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;
2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;
1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;
2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;
2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;
1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;
1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;
2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;
2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;
2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Qeyd edək ki, beş gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.

***
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar