ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə telefon danışığı aparıb.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
“Onlar regionda sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistan üçün tarixi fürsəti müzakirə ediblər. Dövlət katibinin köməkçisi ABŞ-ın regionda nəqliyyat kommunikasiyalarının açılmasına yardım etmək təklifini təsdiqləyib. O, tərəfləri sərhəddə gərginliyin azaldılması və dinc dialoqun davam etdirilməsi üçün səy göstərməyə çağırıb”, - deyə səfirliyin yaydığı məlumatda deyilir.