Ru
21:25 / 29 Noyabr 2022

Dövlət Komitəsində ispandilli jurnalistlərlə görüş oldu - FOTO

1836
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlmiş ispandilli jurnalistlərlə görüş olub.


Dövlət Komitəsindən BAkupost.az -a bildirilib ki, komitə sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.


Görüşdə qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.


Torpaqlarımızın Ermənistan tərəfindən işğalına iki il əvvəl son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, 30 ilə yaxın davam edən məcburi köçkünlükdən sonra yüz minlərlə azərbaycanlının doğma yurd yerlərinə qayıdışına imkan yarandığı, lakin həmin yerlərdəki yaşayış məntəqələrinin - şəhər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıldığı, xalqımızın maddi-mənəvi sərvətlərinin məhv və talan edildiyi vurğulanıb.


Bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünü təmin etmək üçün bütün zəruri tədbirləri görür. Həmçinin Ermənistanın hələ də davam edən mina terrorunun bu prosesə ciddi əngəl törətdiyi diqqətə çatdırılıb.


İspandilli media mənsubları Böyük Qayıdışa hazırlıq istiqamətində görülən genişmiqyaslı tədbirlər, o cümlədən komitənin Laçın şəhərində, Zabux və Sus kəndlərində həyata keçirməyə başladığı bərpa işləri, həmçinin Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndində əhalinin məskunlaşdırılmasının ilkin nəticələri haqqında da məlumatlandırılıblar.


Jurnalistlər Roman Qureviç və Xose Enrike Simerman Benarroç səmimi görüşə görə həmkarları adından təşəkkürlərini bildirib, səfərin məqsədi barədə məlumat veriblər.


Görüşdə ispandilli jurnalistlərin çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər