Ru
14:12 / 27 Noyabr 2023

Döyüldüyü deyilən məktəblinin anası: “Direktor maddiyyatla həll etmək istəyirdi” - VİDEO

5204
Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramının canlı efirinə qoşulub.

V.Quliyeva çox pis olduğunu, övladının müalicə aldığını bildirib:

“Hazırda övladım müalicə alır. 7 noyabrdan məlum məsələyə görə övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı, biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu bizim insanlıq borcumuzdur. Deyirlər, uşaqlar toqquşublar. Kamera görüntüsü tələb etmişdim. Müstəntiq ilə məktəbə baxarkən akt zalında kameranın olmadığını gördük. Uşağın başı dəyəndən sonra müəllim onu sinfə göndərib. Sinif yoldaşlarına da deyib ki, salfeti yaş edib onun alnına qoyun”.

V.Quliyeva əlavə edib ki, məktəbin direktoru onunla “anlaşmaq” istəyir:

“Mən onu da başa düşürəm, istəyir ki, işinə ziyan gəlməsin. Qısacası, öz aramızda maddiyyatla həll eləmək istəyirdi. Amma mənim övladım mənə hər şeydən dəyərlidir. Burada mənə qaranlıq olan məqamlar var. Məsələ araşdırılsın, günahkarlar cəzalarını alsınlar”.

Daha ətraflı videoda:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar