Ru
11:34 / 26 Yanvar 2022

DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanıldı

DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanıldı
Eye

Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb

"Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub".

Bunu Bakupost.az -a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.

Bildirib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar