Ru
17:59 / 01 İyul 2022

DTX-dan daha bir əməliyyat - Saxlanılanlar var

DTX-dan daha bir əməliyyat - Saxlanılanlar var
Eye

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.


Bakupost.az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.


Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.


Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar