Ru
10:45 / 17 Noyabr 2022

DTX-nın Beyləqan əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA

DTX-nın Beyləqan əməliyyatı ilə bağlı  RƏSMİ AÇIQLAMA
Eye

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb.


Dövlət Xidmətindən Bakupost.az -a daxil olan məlumatda deyilir:

"Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir.


Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan qaldırılması Dövlət Xidmətinin fəaliyyətində prioritet hesab edilir. Əmlak Məsələləri Dövlət Xidməti korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.


Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.


Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi idarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.

Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur".


Həmçinin oxuyun:





Şərhlər
  • t.ədalət

    Avtomobili addan-ada keçirmək üçün açıq rüşvət yığırlar.Elə ən böyük dövləti xəyanət budur.Belə çıxır ki,ölkəmizi bataqlığa yuvarladan rüşvət məsələsi hakimiyyət tərəfindən qorunur..

  • Sürücü

    Niyə DTX bir dəfə də olsa DİN-nin DYP -sinin imtahan.qeydiyyat şöbələrinə getmir.Axı orada açıq-açığına rüşvət iş kamotlarına arxayınca yığılır.Bunu ki.hamı bilir və görür.Amma DTK oralarda görünmür

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar