Ru
15:21 / 03 Avqust 2022

Dünyanı çalxalayan 82 yaşlı Nensi nənənin arxivi - İlk spiker, 5 uşaq anası....

3847
Dünən Çinlə ABŞ arasında III dünya müharibəsinə səbəb olacaq persona 82 yaşlı Nensi Pelosi kimdir?


ABŞ Konqresinin nümayəndələr palatasının spikeri N. Pelosi əslən kökü İtaliyadandır.


Bakupost.az xəbər verir ki, madam Pelosinin ABŞ-da mövqeyi prezidentdən sonra ikincidir.


Əgər hər hansı səbəbdən prezident və vitse-prezident ölkəni idarə etmə gücündə olmasa və ya onlarla nəsə baş versə, məhz bu spiker növbəti seçkiyə qədər onu əvəz edə bilər.

Nensinin atası Tommi Alesandro ABŞ-ın Merilend ştatında Baltimor şəhərinin meri idi.

Onun ölümündən sonra onun qardaşı şəhərin meri olub.

Siyasətə və parlamentə 47 yaşında qoşulan Nensi biznesmen milyonçu ilə evlidir, 5 uşağı var.

O, uşaqlarının hamısı kolleci bitirib ali məktəbə daxil olmayana qədər aktiv fəaliyyətdə olmayıb.

Ailənin biznesi üzümçülük və şərab istehsalıdır.

Pelosi ABŞ tarixində ilk qadın spikerdir.

O, tarixdə ən uzun nitqlə çıxış edən spiker kimi də qalıb. Palatada xanım siyasətçi tribunadan enmədən 8 saat çıxış edib.

Onun Donald Trampı görən gözü yoxdur. Tramp onun sədrlik etdiyi Nümayəndələr palatasında çıxış edərkən rəsmi protokoldan kənara çıxaraq, onu salamlamamış və əlini sıxmamışdı.


Pelorinin gənclik fotolarını təqdim edirik:





Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər