"Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz ton ilə bağlı dərin məyusluğunu bildirir.
"Bakupost" xəbər verir ki, bu barədə qrupun yaydığı bəyanatda bildirilib.
"Əvvəla, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz. Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir.
Azərbaycan və Ermənistan hazırda münaqişədən sonrakı mərhələdədir, hər iki ölkə onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını aradan qaldırmaq kimi məsuliyyətli bir misiya ilə üz-üzədir. Sülh təşəbbüslərinin bir hissəsi kimi biz - vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə sülh prosesini dəstəkləmək, dialoqu təşviq etmək və etimad quruculuğu tədbirlərinə töhfə vermək üçün addımlar atırıq.
Azərbaycan Respublikasının ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur.
Ədaləti təmin etmək üçün mədəni irs qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin ayrılmaz tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi məqsədilə platforma təsis ediblər.
Sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir. Çünki bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər. Biz Ermənistan cəmiyyətini bu məqsədlə təmkinli mövqe nümayiş etdirməyə, Ermənistanda və onun hüdudlarından kənarda müəyyən şəxslərin bədniyyətli gündəliyinə rəvac verməməyə dəvət edirik", - bəyanatda vurğulanıb.
Bəyanatı Fərhad Məmmədov, Kəmalə Məmmədova, Rusif Hüseynov, Dilarə Əfəndiyeva və Ramil İskəndərli imzalayıb.
Azərbaycan hakimiyyətlərimiz daim Dövlət kimi hər vətəndaşın və işlərin kəskinliklə qanuna, göstərişə uyğun icra fəaliyyətində olublar!!! Belə konstitusion münasibətə və 26.12.1991ci il tarixdə SSRİnin ləğvinə əsasən 22 aprel 1918ci il tarixli və 28 May 1918ci il tarixli Cənubi qafqaz ərazi bütövlüyü iddiasını Azərbaycan hansı qonşu dövlətlərə və beynəlxalq məhkəmələrə Rəsmən təqdim edib? Öz vətəndaşı və daxili səlahiyyət haqlarında qətiyyətli dövlətimiz nəinki bəzi beynəlxalq münasibətlərə tam güzəştli, hətta daxili etnik terror cinayətkarlarına qarşı aşkar rəsmən-qəti hüquqi iddialar əvəzinə təsirsizlik göstərməsi terrorbaşlarınən Sərbəst buraxılmasına ramən, artıq Azərbaycanın 1918ci ildə azı iki dəfə razılaşdırılmış (114, ya 97 min kv km) ərazilərinə də yeni iradların səslənməsinə rəvac-səbəb olmayıbmı?