Ru
20:40 / 14 Sentyabr 2026

Ramiz Mehdiyevin istintaqı bitdi - Məhkəmə başlayır

Ramiz Mehdiyevin istintaqı bitdi -  Məhkəmə başlayır
Eye

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Bakupost”un məlumatına görə, iş baxılmaq üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib.

Ölkə gündəmində olan bu cinayət işi hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

R.Mehdiyevə Cinayət Məcəlləsinin 178.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

“Boz kardinal”ın ilk məhkəmə iclası sentyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, bu haqda ilk məlumatı “Gununsesi.info” yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar