XX əsrin böyük hissəsi ərzində bahalı və yalnız azlıq üçün əlçatan olan toyuq əti XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilib.
"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr müəyyən edib ki, son üç-dörd ildə dünyada toyuq əti istehsalının artım tempi yüksəlib və hazırda onun istehlakının azaldığı bazar tapmaq çətindir. Dünyada toyuqların sayı 2006-cı ildəki 48,3 milyarddan 2023-cü ildə 76,2 milyarda çatıb.
“Financial Times” xatırladıb ki, ötən əsrin böyük hissəsi ərzində toyuq əti dünyanın ən populyar əti adına əsas namizəd olmayıb. Mal əti yüksək statusu, donuz əti isə böyük istehsal həcmi ilə seçilib. Toyuqlar isə əsasən yumurta üçün yetişdirilib. Lakin sonradan vəziyyət dəyişib. Seleksiya işləri böyümə sürətini və formasını yaxşılaşdırıb. İstehsal dövrləri qısalıb, qiymətlər isə aşağı düşüb.
Toyuq ətinin sənaye üsulu ilə istehsalı modelini ilk olaraq ABŞ hazırlayıb. Lakin ölkə artıq bu seqmentdə dominant mövqeyə malik deyil. Dünyanın ən böyük ixracatçısı olan Braziliya 2024-cü ildə xarici bazarlara təxminən 4,9 milyon ton toyuq əti tədarük edib. 2000-ci ildə bu göstərici təxminən 910 min ton olub. 2022-ci ildə isə toyuq əti istehsal həcminə görə donuz ətini geridə qoyub.
Bu məhsula tələbat həm zəngin ölkələrdə, həm də inkişaf etməkdə olan bazarlarda artır. Buna mal ətinin yüksək qiymətləri, zülalla zəngin qidalanma rejimləri, sürətli xidmət göstərən restoranlar şəbəkəsinin genişlənməsi, eləcə də toyuq ətinin demək olar ki, istənilən mətbəxə, dinə və qiymət seqmentinə uyğun olması təsir göstərir.
Qlobal miqyasda istehsal son iki onillik ərzində ildə təxminən 2–2,5 faiz artıb. Son üç-dörd ildə isə artım tempi 3 faizdən çox olub.
Toyuq (əti) özünü ən üstün şüurlu Canlı sayan insanın ən yüksək-qidalı ərzağı, artıq dünyada populyar olmuş toyuqdur! Əsr öncə yüksək ərzaq və sənaye tərəqqisinə çalışan Azad-Geniş ABŞ dövlətində səhv etmirəmsə, Hind quşu əti idi? Toyuq və quşlardan ərzaq-yeməklər qidalılıqda heç yerdə ət və ya əvəzi sayılmayıb. Toyuq-quş ən bahalı da yox, daha Asan-əl çatan, populyar ərsax səviyəsinə genişlənib. Okean və dənizlər sahili (Yapon, RF, Türkiyə, Azərbaycan ...) ölkələri qanlı-canlı müxtəlif zəngin qidalı növ dəniz balıqları və məhsullarından daha çox faydalana bilərlər. Amma, bir şərtlə ki, artıq qalacağını və ən azı adekvat əvəzini operativ-birbaşa okean-dəniz canlılarına qaytarasan?